Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr - Milli Dirçəliş Günü qeyd olunmuşdur

18 noyabr 2013 | 16:00

Balakən Rayon İcra Hakimiyyətində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər 1988-ci il noyabrın 17-də o vaxtki hakimiyyətin apardığı anti-azərbaycan siyasətinə və ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə etiraz əlaməti olaraq Bakının Azadlıq Meydanında başlanan kütləvi aksiyaları, mitinqləri xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, həmin günlər öz haqqına, azadlığına qovuşmaq, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir. 1988-ci il noyabrın 17-dən başlanan hadisələr Azərbaycan xalqının tarixinə milli şüurun oyanışı, dirçəlişi kimi daxil olmuşdur.
Qeyd olunmuşdur ki, kütləvi etiraz aksiyaları, ümumxalq mitinqi 1988-ci ilin dekabrında sovet ordusu tərəfindən dağıdılsa da, bu hərəkat xalqımızın milli azadlıq mübarizəsinin sonrakı mərhələsində mühüm rol oynamış, Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil olmuşdur. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyinə qovuşmuşdur.
Çıxış edənlər dövlət müstəqilliyinin əldə edilməsindən ötən 22 ilin Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda şərəfli dövrü olduğunu bildirmişlər. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız keçid dövrünün ağır sınaqlarından şərəflə çıxmışdır. Hazırda müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və məqsədyönlü siyasəti sayəsində gündən-günə inkişaf edir, dünya birliyi dövlətləri arasında öz layiqli yerini daha da möhkəmləndirir.

Keçidlər