Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

08 dekabr 2013 | 16:00

Rayonumuzda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti,  mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsi, təhsil şöbəsi və digər idarə və müəssisələr tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq “Heydər Əliyev siyasi kursunu öyrənirik”, “Heydər Əliyev neft strategiyası”, “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və ordu quruculuğu”, “Mən fəxr edirəm ki Azərbaycanlıyam” və.s mövzularda konfrans və dəyirmi masalar, inşa, rəsm müsabiqələri keçirilmiş və ulu öndərin titanik əməyindən geniş söhbət açılmışdır. Eyni zamanda, “Sən elə bir zirvəsən”, “Müstəqil vətənin memarı” mövzularında ədəbi bədii kompozisiyalar keçirilmişdir.
Gənclər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  müxtəlif idman yarışları keçirilmişdir. Həmin yarışların açılış mərasimlərində ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışılmış, digər sahələr kimi, idmanın inkişafına da böyük töhfələr verməsindən söhbət açılmışdır. Yekunda qaliblər mükafatlandırılmışdır.
12 dekabr 2013-cü il tarixdə isə ictimaiyyət nümayəndələri tarixi şəxsiyyət olan Heydər Əliyevin abidəsi önünə gül çiçək qoyaraq ulu öndərin xatirəsinə sonsuz ehtiramlarını ifadə edəcək və daha sonra “Grand Palace” mərasim  sarayında ehsan süfrəsi veriləcəkdir.

Keçidlər