Rayonumuzda da Ulu Öndərə el məhəbbəti tükənməzdir
Balakənlilər xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününü dərin hörmət və ehtiramla qeyd etmişlər.
Ümummilli Liderin xatirəsini daim əziz tutan balakənlilər dekabrın 12-də dahi rəhbərin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, müqəddəs ruhu qarşısında baş əymişlər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən anım mərasimində çıxış edənlər on il əvvəl əbədiyyətə qovuşmuş Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlamış, Ulu Öndərə sonsuz sevgi və məhəbbətlərini ifadə etmişlər. Natiqlər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmiş, onun ideya və arzularının bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini razılıqla qeyd etmişlər. Vurğulanmışdır ki, Azərbaycanın hər yerində olduğu kimi, Balakəndə də Ulu Öndərə el məhəbbəti tükənməzdir.
Daha sonra ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Grand Palace” mərasim sarayında ehsan süfrəsinə dəvət olunmuşlar.