Şriftin ölçüsü :

Saytın rəngi :

Qayğıya ehtiyacı olan insanlara bayram sovqatı paylanmışdır

29 dekabr 2013 | 16:00

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Balakən rayonunda 400-dən çox qayğıya ehtiyacı olan insanlara, əlillərə və şəhid ailələrinə bayram sovqatı çatdırılmışdır.
İcra və yerli bələdiyyə strukturlarının nümayəndələri yerlərdə bu qəbildən olan insanlarla görüşmüş, qayğı və problemləri ilə maraqlanmış, gətirdikləri bayram sovqatı ilə onları sevindirmişlər.
Bayram sovqatı alanlar bu qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Əlamətdar bayramlar münasibətilə rayonda 400-dək bağça uşağına Yeni il hədiyyələri paylanılmışdır.

Keçidlər