Rayonda zəlzələdən zərər çəkmiş üç körpələr-evi uşaq bağçası üçün yeni binalar tikilir
27 yanvar 2014 | 16:00
Nazirlər Kabinetinin 2013-cü il 1 avqust tarixli Sərəncamına əsasən Balakən rayonunda 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 3 körpələr evi-uşaq bağçası üçün dövlət vəsaiti hesabına yeni binaların tikintisinə başlanmışdır.
Şərif və Şambul kəndlərində inşa edilən 40, Qaysa kəndində isə 20 yerlik yeni uşaq bağçalarının may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa, həmin sərəncama əsasən yaxın vaxtlarda Sarıbulaq kəndindəki uşaq bağçasında bərpa-gücləndirilmə işlərinə başlanılacaqdır.
Eyni zamanda onu da 2013-cü ilin oktyabr ayında zəlzələdən zərər çəkmiş Katex 1 saylı körpələr-evi uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.