Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda iki yeni elektron telefon stansiyası istifadəyə verilmişdir

31 yanvar 2014 | 16:00

Yanvarın 30-da Balakən rayonunun Meşəşambul və Qazma kəndlərində hər birinin tutumu 256 nömrə olan elektron tipli yeni elektron avtomat telefon stansiyası (EATS) istifadəyə verilmişdir.
Bu münasibətlə Meşəşambul kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı və “Aztelekom” İstehsalat Birliyinin nümayəndəsi çıxış edərək son illər ölkəmizdə milli rabitənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışmışlar. Bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Kənd sakinləri əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn belə tədbirləri ürəkdən bəyəndiklərini bildirmiş, göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Sonra tədbir iştirakçıları stansiyada quraşdırılmış avadanlığa baxmışlar. Məlumat verilmişdir ki, hazırda Meşəşambul kəndində mənzillərə telefon çəkilişi davam etdirilir. Qazma kəndində isə artıq 206 mənzil telefonlaşdırılmışdır.

Keçidlər