Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilmişdir

03 fevral 2014 | 16:00

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Balakən şəhərində “Gənclər gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov balakənli gənclərin qazandıqları uğurlardan danışmış, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, balakənli gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Onlar ötən il təhsil, idman, mədəniyyət və digər sahələrdə, həmçinin çalışdıqları əmək kollektivlərində yüksək uğurlar qazanmış, rayonda aparılan quruculuq işlərində yaxından iştirak etmişlər.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin gələcəyimiz olan gənclərə daim böyük önəm verdiyini bildirmiş, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.
İctimai həyatda gənclərin fəallığının daha da artırılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda 2013-cü ildə ayrı-ayrı sahələr üzrə yüksək nailiyyətlər qazanmış gənclərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri təqdim edilmişdir.

Keçidlər