Şriftin ölçüsü :

Saytın rəngi :

Sənayenin inkişafı, gələcəyin təminatıdır

20 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının inkişaf   mərhələsinə nəzər  saldıqda məlum olur  ki, bir çox   çətinliklər  olmasına  baxmayaraq   Ulu öndər   Heydər Əliyev   tərəfindən   XX əsrin 70-80-cı illərində sənayenin inkişafına ciddi fikir verilmiş, bu sahədə güclü potensialı yaradılmışdır.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında   da   böyük   uğurlar  qazanılıb, sənaye məhsullarının həcmi 2.7 dəfə artıb.  Bu müddət ərzində müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Sumqayıt texnoparkının, Gəncə maşınqayırma zavodunun, aliminium zavodunun, Dərnəgül boru zavodunun, Naxçıvan avtomobil zavodunun və bir çox sənaye təyinatlı müəssisələrin müasir avadanlıqlarla təmin edilərək istifadəyə verilməsi ölkəmizdə digər sahələr kimi sənaye sahəsində də siyasətin düzgün aparılmasından xəbər verir. Artıq müstəqil Azərbaycan Respublikasında investisiya mühiti çox əlverişlidir. Təkcə 2013-cü ildə respublikamızın iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub.
Bildiyiniz kimi, yola saldığımız 2013-cü il “İnformasiya Kommunukasiya Texnologiyaları” ili idi. 2013-cü ildə ölkəmizin çox uğurları olmuşdur. Mən deyərdim ki, “İKT ili” çərçivəsində tarixi nailiyyətimiz Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması idi. Əlbətdə bütün bu uğurları, ölkəmizdə gedən inkişafı, dövlətimizin istər yüngül sənaye, istər ağır sənaye, istərsə də emal sənayesi baxımından təcrübəsini nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyev 10 yanvar 2014-cü il tarixində,  2014-cü ili “Sənaye ili” elan etdi.
Sevindirici haldır ki, ölkəmizin digər bölgələri kimi rayonumuzda da  sənaye təyinatlı obyektlər fəaliyyət göstərir. Hazırda rayonda 10 sənaye müəssisəsi aktiv fəaliyyətdədir. Rayonun sənayesi əsasən qida məhsullarının istehsalı və qeyri metal məmulatlarının istehsalı, habelə elektrik enerjisi, qazın bölüşdürülməsi, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələri ilə tənzim olunur. İstərdim rayonumuzda fəaliyyət göstərən bir neçə sənaye müəssisəsi  haqqında məlumat verim:
“AzərYemSənaye” MMC- zavod 2008-ci ildə Türkiyyə Respublikasının “Azər-Yem” müəssisəsinin investisiyası hesabına tikilərək istifadəyə verilmişdir. Kənd təsərrüfatı məhsulları emalı sənayesinin inkişafı məqsədilə inşa edilən zavodda qarğıdalının emalı və yem istehsalı təşkil edir. Zavodda istehsal olunan məhsullar mal-qara və quşların qüvvəli yemə olan təlabatını ödəməklə ət, süd, yun və yumurta istehsalı ilə də məşğul olur. Zavodun  istehsal gücü saatda 10 tondur.  Eyni zamanda zavodun 864 m2- lik xüsusi qapalı xammal  anbarı və 3 ədəd 1500 tonluq xüsusi təchiz edilmiş taxıl  anbarı mövcuddur. Burada qurutma imkanı saatda 10 ton  olan  sabit   qarğıdalı qurutma sexi və saatda 25-35- ton istehsal gücü olan səyyar qarğıdalı qurutma sexləri vardır. Bu sexlərin illik qurutma həcmi 13 min tondur. Zavodda 52 nəfər işçi çalışır.
“BalaCans” MMC – müasir tipli avadanlıqlarla təchiz olunmuş konserv zavodunun aylıq istehsal gücü 4700 tondur. Hazırda zavodda 50 çeşiddə məhsul buraxılır. Bu məhsullar nəinki daxili bazara, eləcədə xarici bazarlarada çıxarılır. Zavodda 109 nəfər işçi çalışır.
Katex soyuducu anbarı- 12 saxlama kamerasından  ibarət olan anbarın tutumu 17000 m 3 (4500 ton) –dir.  Məlumdur  ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı çoxluq təşkil edir. Sahibkarlar mövsümlə əlaqədar istehsal etdikləri məhsulları aşağı qiymətə satırdılar. 2013-cü ildə cənab Prezident İlham Əliyevin xeyir-duası ilə açılmış bu anbar sahibkarlarda stimul yaratmış, onların gəlirlərinin artmasına səbəb olmuşdur.
“Balakən kərpic istehsalı müəssisəsi” MMC- müəssisə 2004-cü ildə fəaliyyətə başlayıb. 6 növ məhsul
istehsal edən kərpic istehsalı müəssisəsinin aylıq  istehsal gücü 250-300 min ədəd kərpicdir. Burada 78 nəfər işçi işləyir.
Əlbətdə sənayenin inkişafı digər amillər kimi, əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərməkdədir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, RİH tərəfindən rayonun sənaye potensialının inkişafı imkanlarının təhlili daim nəzarətdə saxlanılır. Hörmətli oxucular rayonumuzda sənayenin inkişafı ilə əlaqədar təkliflərinizi bildirə bilərsiniz: (02429)-5-38-85;

E-mail: Turan.dibirov@mail.ru

Keçidlər