Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

26 fevral 2014 | 16:00

 

Rayonda  Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

İlk öncə "Şəhidlər Xiyabanı"na gül qoyma mərasimi olmuşdur.

Tədbir başlanmazdan əvvəl Xocalı soyqırımı qurbanlarına həsr edilmiş rəsm guşəsinə baxış keçirilmişdir.
Soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış toplantını giriş sözü ilə RİHB cənab İsalam Rzayev açmışdır.
O bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” adlanır.
İ.Rzayev qeyd etmişdir ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş və fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir.
Toplantıda Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilmişdir.
DSMF-nin sədri qeyd etmişdir ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.
Anım mərasimi Xocalı soyqırımından bəhs edən “Sözün bitdiyi zaman” sənədli filminin nümayişi ilə başa çatmışdır.
 

 

Keçidlər