“Xocalını unutmayaq”
YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının xətti ilə 24 fevral 2014-cü il tarixdə “Xocalını unutmayaq” başlığı altında geniş tədbir keçirildi. Tədbirdə YAP ərazi ilk təşkilat sədrləri, Gənclər İdman İdarəsi, təhsil, səhiyyə və mədəniyyət işçiləri də iştirak edirdilər.
Tədbirdə YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri R. Seyidova “Xocalı soyqırımı-Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi”- geniş məruzə ilə çıxış etdi. Məruzə ətrafında YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının idarə heyətinin üzvü, səhiyyə işçiləri Qadınlar Şurasının sədri D. Quliyeva, Gİİ-nin rəisi R.Paçalov, təhsil şöbəsinin metodisti M. Əliyeva, tarix-diyarşünaslıq muzeyinin direktoru X. Mirəliyev, şairə-publisist Tahirə Sultan, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini M. Çuxova, jurnalist Z. Dibirova çıxış etdilər. Tədbirin sonunda bir qrup yeniyetmə və gənclərin ifasında kompozisiya səsləndi.