Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 22 – ci ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada anım tədbiri keçirilmişdir.

26 fevral 2014 | 16:00

25 fevral 2014 – cü il tarixdə Balakən rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 22 – ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə Balakən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri R. Seyidova, Tarixdiyarşünaslıq muzeyinin direktoru X. Mirəliyev, rayonumuzda məskunlaşan Xocalı qaçqınları - Gülnaz Quliyeva, Kərim Quliyev, Bakir Quliyev iştirak etmişlər. Tədbiri MKS – nin direktor müavini M. Cuxova açaraq Xocalı faciəsinin şəhidlərini 1 dəqiqəlik sükutla yad etdi. O qeyd etdi ki,  Dağlıq Qarabağdakı hadisələri müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı soyqırımı da həmin prosessin kuliminasiya nöqtəsi idi.             

  Sonda 2 saylı  Z. Əliyeva adına şəhər tam orta məktəbinin şagirdlərinin ifasında “Şəhid məzarı” adlı ədəbi – bədii kompozisiya nümayiş etdirildi. 

Keçidlər