Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin spartakiadası başlamışdır

06 mart 2014 | 16:00

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Balakən Olimpiya İdman Kompleksində rayon məktəblilərinin spartakiadası başlanmışdır. On idman növü üzrə keçirilən yarışlar martın 15-dək davam edəcəkdir.

Spartakiadanın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış, ənənəvi olaraq hər il keçirilən bu yarışların rayonda idmanın kütləviliyinin artmasında mühüm rol oynadığını bildirmişdir.
Spartakiadanın ilk günü idman kompleksində futbol, qızlar arasında voleybol, oğlan və qızlar arasında atletika üzrə yarışların startı verilmişdir. Martın 6-da digər idman növləri üzrə yarışlar başlanacaqdır. Spartakiadanın proqramına daxil olan yunan-Roma güləşi üzrə yarışların Qabaqçöl qəsəbəsindəki idman zalında keçirilməsi nəzərdə tutulmuşdur. Spartakiadada mindən artıq məktəbli idmançı iştirak edəcəkdir.
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir gün əvvəl Balakən şəhərindəki Gənclər Evində rayonun idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmiş, veteran idmançılara hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər