Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin III konfransı qeyd olunmuşdur.

03 iyul 2012 | 15:00

02 iyul 2012-ci il tarixdə Gənclər evinin konfrans zalında YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin III konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə YAP Balakən rayon təşkilatı İdarə heyətinin üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Rasim Paçalov açdı və gündəlikdə duran məsələlərlə konfrans iştirakçılarını tanış etdi. Hesabat məruzəsi üçün söz DSMF-nun rayon şöbəsinin mütəxəssisi Səbuhi Alqayevə verildi. Məruzə ilə çıxış edən S.Alqayev YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən söhbət açdı. Konfransda rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin məsləhətçisi Turan Dibirov, rayon Heydər Əliyev mərkəzinin kiçik elmi işçisi Vəfadar Emçiyev, Qullar 1 saylı kənd tam orta məktəbin müəlliməsi Kərimət Mustafayeva və digərləri çıxış etdi. Sonda YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, idarə heyətinin və şura üzvlərinin tərkibi seçildi.
YAP Balakən rayon təşkilatı konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə müraciət oxundu.

Keçidlər