Şeyxülislam Balakən rayonuna səfər etmişdir
13 mart 2014 | 16:00
Martın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə rayonun Mərkəzi Cümə Məscidində rayon dindarları və ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycanda tolerantlıq, dini etiqad azadlığı haqqında qanuna riayət edilməsi, cəmiyyətimizə yad olan xarici təriqətlərin sirayət etməməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına dövlətin daim diqqət göstərməsi barədə ətraflı söhbət getmiş və verilən suallar cavablandırılmışdır.