Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turniri keçirilmişdir

15 mart 2014 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7 bəndinə əsasən Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların keçirilməsi, gənclər , xüsusilə də sərhədyanı kəndlər və orada yaşayan etnik azlıqlar arasında Azərbaycan tarixinin təbliği məqsədilə Balakən rayon Gənclər və İdman İdarəsi “Tariximizi öyrənək – Tariximizi yaşadaq” adı altında rayonda Azərbaycan tarixi fənni üzrə “Xəmsə” intellektual oyunu keçirmişdir. Rayonun kənd məktəbləri 4 zonaya bölünərək birincilik keçirilmişdir. Qazma, Qabaqçöl, Katex və Qullar zonasında keçirilən yarışlarda I və II yeri tutmuş məktəb komandaları “Kənd məktəblərinin Finalı”nda iştirak hüququ qazanmışlar. Daha sonrakı mərhələdə Kortala, Meşəşambul və Qullar 2 saylı məktəbin komandaları Superfinalda iştirak hüququ qazanmışlar. Bundan sonra şəhər çempionatı keçirilmiş, gərgin mübarizə şəraitində keçirilən yarışda Nizami adına şəhər 1 nömrəli məktəbin komandası qalib gələrək Superfinalçı olmuşdur. 14mart 2014-cü il tarixdə keçirilən Superfinalda Meşəşambul məktəbinin komandası  III yeri, Qullar 2 saylı məktəbin komandası II yeri ,  Nizami adına şəhər 1 nömrəli məktəbin isə komandası I yeri tutaraq turnirin qalibi olmuşdur. Qalib gələn məktəbin komandaları RİH başçısının müavini Nəzakət  Rüstəmova tərəfindən diplomlarla təltifləndirilmişlər. Yarışda 36 məktəbdən 252 nəfər gənc iştirak etmişdir.

Keçidlər