Novruz şənliyi rayonda geniş qeyd olundu
Martın 18-də rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Novruz bayramı" el şənliyi kimi qeyd olunmuşdur. İdarə və müəssisə rəhbərləri, çoxsaylı ictimaiyyət nümayəndələri şəhər və ətraf kəndlərin sakinləri bayram tədbirinə toplaşmışdılar. Park boyu düzülmüş stolların üstünə səmənilər şəkərbura paxlava və diqər şirniyyatlar düzülmüşdür. Rayon rəhbəri İslam Rzayev bayram tonqalını yandırdıqdan sonra “Novruz bayramı” münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bayram şənlikləri başladı şən musiqi səsləri ilə tədbir davam etdirildi. Kosa və keçəl meydana dövrə vurdular. Bir tərəfdə kəndirbaz, bir tərəfdədə idmançılar öz məharətlərini göstərirdilər.
2014-cü il Balakən Azərbaycan folklorunun paytaxtı elan edilmişdir. Ona görə də el ustad və sənətkarlarının çıxışları daha cəlbedici idi. Qaysa kəndinin “Cahan” folklor qrupunun, İtitala kəndinin “Nənələr” rəqs qrupunun çıxışları təmbur çalanların oxuduqları bayatılar, “Aşıq Sənəm” yayla qrupunun çıxışı iştirakçılar üçün daha yadda qalan oldu.
Tədbirdə Azərbaycanın xalq artisti Zaur Rzayev, əməkdar artistlər Zakir Əliyev, Zöhrə Abdullayeva və yerli müğənilər geniş konsert proqramı ilə çıxış etdilər.