31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Balakən rayonunda 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhərin R.Səmədov küçəsində yeni tikilmiş soyqırım qurbanlarının xatirə kompleksi önünə gül qoymuşlar. Rayon icra hakimiyyəti başısı İslam Rzayev tədbirdə çıxış etmiş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Soyqırım qurbanlarının xatirə kompleksi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 avqust 2013-cü il tarixli Sərəncamına əsasən Balakən şəhərinin abadlaşdırılması üçün ayrılmış vəsait hesabına inşa olunmuşdur. Kompleksin tikildiyi bağın ərazisi 0,50 hektardır. Ərazi abadlaşdırılmış, dekorativ bitkilər əkilmiş, 1600 m2 sahəyə üzlük plitə döşənmişdir. Kompleksin hündürlüyü 9 metrdir.