Rayon Gənclər Evində “Xəmsə” milli intellektual oyunu üzrə rayon turu keçirilmişdir.
Rayon Gənclər Evində “Xəmsə” milli intellektual oyunu üzrə rayon turu keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Tədbirin açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarışda 4 komanda bilik və bacarığını, intellektual səviyyəsini nümayiş etdirmişdir.
Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışmada rayon İcra Hakimiyyətinin komandası birinci yerə layiq görülmüşdür.