Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda korrupsiya hüquqpozmalarına qarşı mübarizə”mövzusunda tədbir keçirilmişdir.

03 aprel 2014 | 15:00

02 aprel 2014–cü il tarixdə Balakən rayonu “Gənclər evi”ndə “Dövlət qulluğunda korrupsiya hüquqpozmalarına qarşı mübarizə”mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Namiq Abdullayev seminar-müşavirəni açaraq iştirakçıları salamladı.Seminarda Şəki-Zaqatala və Şirvan zonalarında yerləşən gənclər və idman idarələrində çalışan dövlət qulluqçuları,QHT və KİV nümayəndələri,ümumilikdə 60 nəfər iştirak etmişdir.
Seminarda Namiq Abdullayev “Antikorrupsiya sahəsində dövlət siyasəti,bu istiqamətdə görülən işlər”mövzusunda məruzə  etdi. Sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, Zaqatala rayon prokurorluğunun müstəntiqi Ənvər Nəbiyev “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə:korrupsiya və onun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda iştirakçılara geniş məlumat verdi.İnsan haqları müdafiəsi və QHT-lərin inkişaf resus mərkəzinin sədri Səyyarə Əhmədova, Balakən RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Elçin Musayev çıxışlarında vətəndaş məmur münasibətləri, insan haqları müdafisəi və korrupsiya hüquqpozmalarının qarşısının alınmasında dövlət qulluqçularının rolu ilə bağlı məlumat verdilər. Sonra tədbir diskusiya şəklində davam etdirildi.

Keçidlər