Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyul 2022-ci il tarixdə Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsi münasibəti ilə tədbir keçirilib.

15 iyul 2022 | 15:20

   14 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında Balakən Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsi münasibəti ilə tədbir keçirilib.

   Əvvəlcə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd etdi ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin ən yeni tarixinə dönüş mərhələsi kimi daxil olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərliyə irəli çəkilməsi onu deməyə tam əsas verir ki, bu böyük dövlət xadiminin hakimiyyətə gəlişi mühüm tarixi zərurətdən doğub. Heç də təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır.

   Daha sonra məruzə ilə çıxış edən RİHB aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov vurğuladı ki, ötən əsrın 60-cı illərinin sonlarında zəngin təbii sərvətə, elmi-texniki potensiala malik Azərbaycan özünün sosial-iqtisadi inkişafına görə keçmiş müttəfiq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu. Ölkənin siyasi-iqtisadi həyatında yaranmış tənəzzül xalqın mənəvi-psixoloji inkişafına mənfi təsir göstəririrdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi respublikada mövcud olan mürəkkəb və çətin duruma son qoydu. Heydər Əliyevin rəhbərlik etdiyi həmin illər respublikanın simasını dəyişmiş əsl quruculuq illəri idi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən bütün bu gerçəkliklər əslində daha böyük nailiyyətlərin-milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissəsi olmuşdur.

   Tədbir Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayevanın və Ulu Öndər Heydər Əliyevlə görüşmüş ictimai xadimlərin, rayon ziyalılarının öz xatirələrini tədbir iştirtakçıları ilə bölüşməsi ilə davam edib.

   Sonda Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev tərəfindən Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmələri münasibətilə şəhid Əlisoltanov Vahidin valideynlərinə  vəsiqələr təqdim edilib.

Keçidlər