23- iyun Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.
İyunun 23-də Dövlət Qulluqçularının peşə bayramı rayon İcra Hakimiyyətinin iclas zalında qeyd olundu.Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev giriş sözü ilə açaraq tədbirə toplaşmış dövlət qulluqçularını, eyni zamanda, respublikamızda şərəflə dövlət qulluğu peşəsində çalışan hər bir kəsi bayram günü münasibəti ilə təbrik etdi, dövlət qulluqçularına çətin, məsuliyyətli olduğu qədər, həm də şərəfli olan vəzifələrini nə qədər vicdanla yerinə yetirsələr də bir o qədər cəmiyyətin tərəqqisinə töhfə verdiklərini, ona görə də öz gündəlik işlərini yerinə yetirərkən ilk növbədə dövlətin və xalqın etimadını doğrultmaq barədə düşünməli olduqlarını bildirdi.
Sonra çıxış üçün söz RİHB-nın birinci müavini A.Balayevə, Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndə M.Amalovaya, Gənclər və İdman idarəsinin rəisi R.Paçalova, Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə F.Papaxova verildi. Çıxış edən natiqlər ölkədə dövlət qulluqçularının iş sisteminin formalaşması və onlara göstərilən qayğının sırf Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasını vurğuladılar.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edildi.