Şriftin ölçüsü :

Saytın rəngi :

İtitalada kənd sakinləri ilə növbəti səyyar qəbul keçirildi

03 aprel 2014 | 15:00

Balakən rayon İcra Hakimiyyətinin başçısı rayonun ən ucqar yaşayış məntəqələrindən biri olan İtitalada kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakini iştirak ediblər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin şimal-qərb qapısı sayılan Balakən rayonunda əhalinin “mavi yanacaq”la təminatı artıq başa çatdırılıb. Rayonun kənd və qəsəbələrində son bir neçə ildə 30-dan artıq məktəb binaları inşa edilib, ən müasir informasiya texnologiyaları ilə təmin olunub. Qeyd olunub ki, regionların sosial iqtisadi inkişafına dair Dövlər Proqramlarından irəli gələn məsələlərin həlli istiqamətində qarşıya qoyulan bütün tədbirlər öz həllini tapıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.  Başçı onu da diqqətə çatdırıb ki, İtitala ucqarda yerləşməsinə baxmayaraq kənddə məktəb və mədəniyyət evi , həklim məntəqəsi, elektron ATS və poçt binası inşa edilib. Yaxın gələcəkdə kənddə daha iri infrsturuktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra kənd sakinləri çıxış edərək onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə rəy və təkliflərini səsləndirib.
Rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev sakinlər tərəfindən qaldırılan kəhriz və bulaqların bərpası, su şəbəkəsinin yaradılması, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması və kəndə gələn əsas yolun təmirinə dair məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər