Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Olimpiya İdman Kompleksində möhtəşəm idman yarışları

09 aprel 2014 | 15:00

Aprel ayının 8-də Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələrin IX respublika oyunlarının final mərhələsi keçirilmişdir. Yarışda 16 çəki dərəcəsi üzrə 45 rayon, şəhər, idmancəmiyyətləri, idman məktəbləri və təşkilatlarını təmsil edən 2000-2001-ci il təvəllüdlü yeniyetmə idmançılar öz güclərini sınamışlar. 290 nəfərə yaxın idmançı və qonaqların iştirak etdiyi bu mötəbər yarış Olimpiya İdman Kompleksinin gözəlliyini daha da artırdı. Bu cür genişmiqyaslı yarışlar artıq bir neçə dəfədir ki, rayonumuzun Olimpiya İdman Kompleksində keçirilir.
Tədbir başlamazdan əvvəl qonaqlar və gənc idmançılar Ulu öndər Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri Gənclər və İdman Nazirliyinin sektor müdiri Mütəllim Həsənov məlumat verdikdən sonra yarışın açılışı oldu, müqəddəs Dövlət Himnimiz səsləndi.
Rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov Balakəndəki bu idman bayramı haqqında məlumat verdikdən sonra söz rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə verildi.
Sonra rayon rəhbəri yarışda fəxri yer tutmuş 59 və 73 kq çəki dərəcələrində qalib hesab edilmiş idmançılara hədiyyə və Fəxri Fərmanlar təqdim etdi.
Bu yarışın finalında fərqlənən idmançılar Azərbaycan güləş tarixində ilk dəfə olaraq iyun ayında Bakı şəhərində yığma komanda tərkibində beynəlxalq yarışda iştirak edəcəklər.
Qeyd edək ki, Balakən Olimpiya İdman Kompleksində keçirilən bu mötəbər final yarışında tanınmış idmançılardan – Saypulla Abusaidov, (Avropa, dünya, dünya kuboku, olimpiya çempionu, sərbəst güləş üzrə Baş koordinator), Namiq Quliyev, (SSRİ idman ustası, Əməkdar məşqçi), Şəxsi tələbələrin dünya kuboku, Avropa çempionu, dünya 3-sü (tələbələrin), kiçik yeniyetmələrin Respublika üzrə baş məşqçisi, hərbçilər arasında 3 qat dünya çempionu, Avropa çempionu, sərbəst güləş üzrə gənclərdən  ibarət komandamızın məşqçisi Nazim Əlicanov və bir sıra tanınmış hakimlər briqadası iştirak etmişlər.
Qonaqlar və yarış iştirakçıları Balakəndən xoş təəssüratla ayrılmışlır.

Keçidlər