Şriftin ölçüsü :

Saytın rəngi :

18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilmişdir

19 aprel 2014 | 15:00

 

Birləşmiş Millətlər Elm, Təhsil və Mədəniyyət Təşkilatının 1983-cü il Baş Assambleyasının qərarına əsasən hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən 18 aprel tarixi respublikamızın şəhər və rayonlarında əhalinin tarix və mədəniyyət abidələrinə, qoruqlarına sərbəst ziyarətinin təşkili məqsədi ilə “açıq qapı” günü elan edilmişdir.
Rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən hər il olduğu kimi bu il də tədbirlər planı tutulmuş, tədbirlər planına əsasən təşkil olunmuş qrafik əsasında tarixi abidələr ətrafında təmizlik, abadlıq işləri aparılmışdır.
Aprel ayının 9-dan başlayaraq 18-dək tarixi abidələr ətrafında silsilə tədbirlər həyata keçirilmişdir.
Aprel ayının 18-də isə ölkə əhəmiyyətli XVIII-XIX əsrə aid rayonun mərkəzində yerləşən Minarəli məscidin həyətində əhalinin müxtəlif qruplarını əhatə edən çox geniş şəkildə tədbir keçirilmişdir. Ənənə şəklini alan bu cür tədbirlər təkcə tarixi abidələr günü münasibəti ilə deyil, rayona gələn qonaqların və turistlərin məlumatlandırılması üçün də təşkil olunur.
Belə tədbirlər keçirildikcə abidələr haqqındakı məlumatlar daha da zənginləşir və gənc nəslin məlumatlandırılması təmin edilir.

Keçidlər