Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Balakən rayonunda

22 aprel 2014 | 15:00

 

Azərbaycanın şimal-qərb bölgəsində keçirilən görüşlərdə ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadiləsi aparılmışdır
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Balakən rayonunda yerli ziyalılar, milli azlıqların nümayəndələri və dini icmaların üzvləri ilə görüşlər keçirmişdir.
Heydər Əliyev mərkəzində ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüş zamanı zəngin etnomədəni və dini müxtəlifliyin hökm sürdüyü bu bölgədə, o cümlədən rayonda yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılmışdır.
Görüş zamanı ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadilələri aparılmışdır.
Görüş iştirakçıları Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu dilə gətirmiş, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına səmimi minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər