Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən məktəbliləri akademik Zərifə Əliyevanın xatirəsini anmışlar

30 aprel 2014 | 15:00

 

       Balakən şəhərindəki akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alimin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
     Məktəbin şagirdləri və qonaqlar əvvəlcə görkəmli alimin foyedə qoyulmuş büstü önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, “Ana müqəddəslik zirvəsidir!” mövzusunda sərgiyə baxmışlar.
Tədbirin əvvəlində akademik Zərifə Əliyevaya həsr olunmuş “Ömür yolu” sənədli filmi nümayiş etdirilmişdir.
       Tədbirdə görkəmli alimin mənalı həyat yolu və fəaliyyətindən geniş söhbət açılmışdır. Bildirilmişdir ki, akademik Zərifə Əliyeva sənəti və yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş etmişdir. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindən olmuşdur.
      Çıxış edənlər Zərifə xanım Əliyevanın mehriban ana, zərif qəlbli insan, eyni zamanda, görkəmli elm xadimi kimi xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər.
Tədbirdə məktəblilərin ifasında Zərifə xanıma həsr edilmiş “Ana” mahnısı ifa olunmuş, şeirlər səslənmiş, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər