Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənin folklor kollektivi Moldovada Beynəlxalq folklor festivalında iştirak edəcəkdir

06 may 2014 | 15:00

Balakən rayonunun folklor kollektivi mayın 2-dən 8-dək Moldova Respublikasının Komrat şəhərində keçiriləcək “Xədərləz” Beynəlxalq folklor festivalında ölkəmizi təmsil edəcəkdir.

Kollektiv festivalda iştirak etmək üçün iştirakçılar artıq bu ölkəyə yola düşmüşdür.
Nümayəndə heyətinin tərkibinə kollektivin 13 nəfər üzvü, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları daxildirlər.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Balakən rayonu 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan olunmuşdur.

Keçidlər