Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlar ayı olan May Qaysa camaatı üçün ikiqat sevinc gətirdi.

07 may 2014 | 15:00

Bayramlar ayı olan May Qaysa camaatı üçün ikiqat sevinc gətirdi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində kənddə may ayının 6-da və 7-də iki açılış olmuşdur.
Mayın 6-da Qaysa inkubasiya sexinin açılışı olub. Kənddə bir dəfəyə 5000 ədəd yumurta qoymaq imkanı olan 5 aqreqat qoyulub. Açılış günü kənd sakinlərinin özləri sexə qoyduqları yumurtadan 900 cücə çıxıb və həmin cücələr kənd sakinlərinin özlərinə paylanıb.
Qaysalıların 2-ci sevinci mayın 7-də kənddə açılışı edilən kənd körpələr evi-uşaq bağçasıdır. Əvvəllər primitiv binada yerləşən bağça indi ikimərtəbəli, gözəl bir bina ilə əvəz olunmuşdur.
Açılışda kənd sakinləri, körpələr və qonaqlar qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayev demişdir:
- Bu gün açıq deyə bilərik ki, may ayı Qaysalılar üçün uğurlu olmuşdur. Dünən inkubasiya sexinin açılışı olub, bu gün isə bağça açılışı olur. Qısa müddətdə inşa edilən bu ikimərtəbəli binada körpə fidanlar üçün hər cür şərait vardır. İqtisadi cəhətdən gündən-günə möhkəmlənən ölkəmizdə məktəb və bağça tikintiləri davam edir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın körpə balalarımıza olan qayğısının nəticəsidir. Bu il rayonumuzda 6 bağça tikiləcək. Hazırda bu bağçadan başqa 3 bağça tikintisi davam etdirilir. Əminəm ki, onlar bu bağçada yaxşı tərbiyə alıb buradan da məktəbə qədəm basacaqlar.
Valideynlər adından Məyrəm Qaysayeva çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq bildirdikdən sonra körpələrin Ulu öndər haqqında çıxışları dinlənildi. Onlar bir ağızdan dedilər: «Hamımızın qəlbində heykəli var ulu öndərin».
Sonra rayon rəhbəri rəmzi qırmızı lenti kəsdi və binadakı şəraitə baxış keçirildi.

Keçidlər