Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin doğum günü Balakəndə rəngarəng tədbirlərlə qeyd olunmuşdur

11 may 2014 | 15:00

Mayın 10-da Balakən şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra Bayraq Meydanında 400 nəfər yeniyetmə oğlan və qızın iştirakı ilə kross qaçışı üzrə yarış keçirilmişdir. 1500 metr məsafəni daha tez qət edən idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbir iştirakçıları sonra Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkasına baxmışlar.
Ümumrayon tədbirləri çərçivəsində daha sonra Heydər Parkında Gül bayramı keçirilmişdir. Rayonun idarə və müəssisələrinin, ümumtəhsil məktəbləri və uşaq bağçalarının kollektivləri tərəfindən hazırlanmış müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Bayram tədbiri rayonun bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər