Şriftin ölçüsü :

Saytın rəngi :

15 May Beynəlxalq ailə günü qeyd edilmişdir

15 may 2014 | 15:00

15 May Beynəlxalq ailə gününün qeyd olunması ilə əlaqədar RİH-nin “Sağlam həyat sağlam gələcəyin  təminatçısıdır” mövzusunda tərtib etdiyi iş planına əsasən rayonun müxtəlif zonalarında silsilə tədbirlər keçirilmişdir. Ailə günü ilə əlaqədar təhsil, mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsi tərəfindən “Mənim ailəm, mənim fəxrimdir”, “Həyat ailədən başlayır”, “Mənim ailəm” və.s mövzularda inşa yazı müsabiqələri və rəsm müsabiqəsi keçirilmişdir.
14 may 2014-cü il tarixdə RİH-i tərəfindən ailə günü tədbirlərinə yekun vurularaq rayon mədəniyyət mərkəzində “Sağlam həyat sağlam gələcəyin  təminatçısıdır” mövzusunda dəyirmi masada  rayon ictimaiyyətinin müxtəlif təbəqələrindən nümayəndələr, gənc ailələr, ağsaqqallar və ağbirçəklər iştirak edirdi. Tədbirdə ailə günü ilə bağlı məruzə və çıxışlar dinlənilmiş, müsabiqənin qalibləri RİH-i tərəfindən mükafatlandırılmışdır. Tədbir gənc istedadların hazırladığı konsert proqramı ilə yekunlaşmışdır.
15 may ailə günü münasibətilə Abşeron rayonunda keçiriləcək bayramda Balakən rayonuna məxsus milli mətbəxlə Novruzovlar ailəsi iştirak edəcəklər. 

Keçidlər