Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarının iştirakı ilə “Anamı, Vətənimi tərənnüm edirəm” devizi altında asfalt üzərində rəsm müsabiqəsi keçirildi.

16 may 2014 | 15:00

15 may  Beynəlxalq Ailə Günü münasibətilə rayonun məktəbəqədər təhsil müəssisəsinin uşaqlarının iştirakı ilə “Anamı, Vətənimi tərənnüm edirəm”  devizi altında asfalt üzərində rəsm müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi uşaqların estetik zövqünün inkişaf etdirilməsi və formalaşdırılması, onları ətraf aləmin gözəllikləri ilə tanış etmək, bu gözəllikləri əks etdirən sənət əsərləri haqqında məlumat vermək, onlarda bu sahəyə maraq yaratmaqdır.
Müsabiqədə rayonun 25 məktəbəqədər təhsil müəssisəsindən gəlmiş 100-dən artıq uşaq iştirak etdi. Müsabiqənin yekunda münsiflər heyətinin qərarı ilə  Şəhər-2 saylı körpələr evi uşaq bağçası I yer, Katex-2 saylı körpələr evi uşaq bağçası II, Qazma 1 saylı körpələr evi uşaq bağçası III yerə layiq görüldü. Kortala, Talalar, Qazma 2 saylı, Qaravəli, Sarıbulaq, Şəhər 1, Şəhər 3, Qullar körpələr evi uşaq bağçasının körpələrinin çəkdikləri şəkillər həvəsləndirici yerə layiq görüldülər.

Keçidlər