“Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda tədbir keçirilmişdir.
16 may 2014-cü il tarixdə Heydər Əliyev mərkəzində Balakən rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda tədbir keçirilmişdir.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, məşğulluq mərkəzi tərəfindən rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, məşğul əhalinin iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilmiş, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilmişdir. Həmçinin, işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində, işəgötürənlərin yüksək ixtisaslı işçi qüvvəsinə tələbatının ödənilməsindəki rolundan söz açılmışdır. Bu məqsədlə hər il rayonda təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti qeyd edilmiş və bu məşğulluq tədbirində hamının fəal iştirak etməsi tövsiyə olunmuşdur.
İclasda çıxış edən işəgötürənlərin nümayəndələri günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışaraq qeyd etmişlər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.