Gənclərin VII Toplantısı keçirilmişdir
20 may 2014-cü il tarixdə Balakən rayon Gənclər evində Azərbaycan Gənclərinin VII Forumu ilə əlaqədar rayon gənclərinin VII Toplantısı keçirilmişdir. Toplantıda Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, RİH başçısının müavini Nəzakət Rüstəmova fəal gənclər və müxtəlif müsabiqələrin iştirakçıları, idmançılar iştirak etmişdir. Toplantıda forumdan foruma keçən dövr ərzində görülmüş işlərə dair məruzə dinlənilmiş və gənclərin çıxışları dinlənilmişdir. Toplantıda rayonda gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak etmiş, Respublika səviyyəli və Beynəlxalq müsabiqələrdə iştirak etmiş gənclər qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Sonda Azərbaycan Gənclərinin VII Foruma nümayəndə heyəti seçilmiş və Respublika Prezidentinə müraciət qəbul edilmişdir.