Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin ərazisində 7-ci kitab bayramı keçirildi

21 may 2014 | 15:00

May ayı «bayramlar ayıdır» deyənlər həqiqətən də yanılmayıblar. May ayının 20-də Heydər Əliyev Mərkəzinin ərazisində keçirilən 7-ci kitab bayramı bu deyimi bir daha təsdiq edir. Dünya ədəbiyyatının, möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə nəfis şəkildə çap olunmuş kitablar, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də rayonumuzda qədim əşyaların kolleksiyası ilə məşğul olan Arif Şabanovun 16-cı əsrə dair gətirdiyi kitablar tədbir iştirakçılarında çox böyük maraq oyatdı. Kitab sərgilərinin ortasında səliqə ilə düzüldülmüş qədim sənət əsərləri isə tədbirə xüsusi gözəllik verirdi. Həmin gün həm də yazar Xutra Ramazanın «Əbədidir, gözəldir istiqlalımız» kitabının da təqdimat mərasimi idi.
Həmin gün tədbir iştirakçılarının bəxtinə hava da gözəl idi. Əsil bayram havası idi. Tədbirdə rayonun ən qocaman oxucuları, yazarlardan Ramazan Xutra, yazar Nəfisət Vahid, ağsaqqal, çox kitabların mütaliəçisi Fuad Səlimov və digərləri iştirak edirdi.
Budur, rayon rəhbəri sərgi ilə tanış olur. Tədbir başlayır. Çıxış üçün söz rayon rəhbəri İslam Rzayevə verilir:
Hörmətli balakənlilər! Sizi bu gözəl bayram münasibətilə təbrik edirəm. Bu tədbirdə çox gözəl kitabsevərlər iştirak edir. Kitab ən zəngin xəzinədir. Kitabla ünsiyyətdə olan hər kəs həyatda öz düzgün yolunu tapır. Bu yolda hər birinizə uğurlar diləyirəm. Bu gün həm də hörmətli yazarımız Ramazan Xutranın 4-cü kitabının də təqdimat mərasimidir. Hər birinizi bu bayramlar münasibətilə təbrik edirəm.
Sonra rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova və Fuad Səlimov çıxış edərək bu gün rayonumuzda 7 dəfə kitab bayramının keçirildiyini qeyd etdilər.
Rayon icra hakimiyyəti tərəfindən 4 nəfərə – ən zəngin kitabxanası olan veteran Fuad Səlimova, ən qədim kitab növlərinin kolleksiyası ilə məşğul olan Arif Şabanova, ən fəal qocaman oxucu Səadət Xəlilovaya və Azad Jurnalistlər birliyinin üzvü Zümrüd Dibirovaya qiymətli hədiyyə təqdim olundu. Hədiyyələri RİH-nin başçısı İslam Rzayev təqdim etdi.
Sonra yazar Xutra Ramazanın 4-cü kitabının təqdimat mərasimi keçirildi. Onun həyat və yaradıcılıq yolu barədə Şərif 1 saylı kənd orta məktəbin dil-ədəbiyyat müəllimi Adilə Hacıyeva, Qaysa kənd orta məktəbin dil-ədəbiyyat müəllimi Günay Nurməmmədova geniş danışdılar. Həmin kitablardan yeri gəldikcə istifadə etdiklərini bildirdilər.
Sonra şairin özünə söz verildi. Ona RİH-nin qiymətli hədiyyəsi təqdim olundu. Hədiyyəni RİHB-ın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova təqdim etdi. Şagirdlər şairin şeirlərini söylədilər.
Oynaq mahnılar, şən rəqslərlə yekunlaşan tədbir beləcə sona yetdi. Bu, doğrudan da əziz kitab bayramı oldu. Hər kəs bu bayramdan həzz aldı. Ulu öndər Heydər Əliyev demişkən «Tariximizlə, mədəniyyətimizlə fəxr edirik, fəxr etməyə haqqımız var».

Keçidlər