Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binası istifadəyə verilmişdir-A

30 may 2014 | 15:00

Mayın 29-da Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binası istifadəyə verilmişdir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak etmişdir.
Nazir Kəmaləddin Heydərov rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və nazirliyin rəsmiləri yeni binada yaradılmış şəraitlə yaxından tanış olmuş, yanğınsöndürən texnikaya baxmışlar. Məlumat verilmişdir ki, rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni binanın tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Müasir standartlara uyğun inşa edilən yeni binada rabitə otağı, şəxsi heyətin qalması üçün yataqxana, yeməkxana və yardımçı otaqlar yerləşir. Hissə müasir tələblərə cavab verən avadanlıq və yanğınsöndürən avtomobillərlə təchiz edilmişdir.
Nazir Kəmaləddin Heydərov şəxsi heyətin öz vəzifəsini layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.

Keçidlər