Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olundu

11 iyun 2014 | 15:00

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, dünya dövlətləri arasında nüfuzu getdikcə artan, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti sayəsində günbəgün inkişaf edən Azərbaycan Respublikasının hər yerində olduğu kimi, rayonumuzda da 15 iyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olundu.
Iyunun 12-də böyüklüyü və gözəlliyi ilə bütün respublikada məşhur olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında açıq səma altında minlərlə tamaşaçının iştirakı ilə möhtəşəm bayram konserti oldu. Bu konsert “Space” telekanalı və Balakən rayon İcra hakimiyyətinin birgə layihəsi əsasında təşkil edilmişdir. Konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları Bilal Əliyev, Məleykə Əsədova, Almaz Ələskərli, Aşıq Əhliman, Zakir Əliyev, Firuz Səxavət və digərlərinin ifasında səslənən mahnı və şeirlər hamının ürəyincə oldu. Bayram konserti rəngarəng atəşfəşanlıqla başa çatdı.

Keçidlər