Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

14 iyun 2024 | 17:16
  Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və səhiyyə işçiləri Ulu Öndərin Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
  Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Səhiyyə sistemində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyi diqqətə çatdırılıb. Milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyi, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğu qeyd edilib.
  Daha sonra çıxış edən həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
   Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup tibb işçisinə Balakən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Keçidlər