Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda faşizm üzərində Qələbənin 67-ci ildönümü qeyd olunmuşdur

10 may 2012 | 15:00

9 may 2012- ci il tarixdə Faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları Katex kəndində ucaldılmış “1941-1945 abidə kompleksi”nin önünə tər çiçək dəstələri qoymuş, həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad etmişlər.
Sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında müharibə veteranları üçün bayram süfrəsi açılmış rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev tərəfindən həmin veteranlarla səmimi söhbət aparılmış onların müharibədə apardığı döyüş qəhrəmanlığı dinlənilmiş, bu gün həmin veteranlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı xüsusi vurğulanmışdır. Sonda veteranlar hədiyyələrlə mükafatlandırılmışlar.
Ümumiyyətlə Böyük Vətən müharibəsində 6883 nəfər balakənli iştirak etmişdir. Bu dəhşətli müharibədən isə cəmi 4547 nəfər Balakən rayon sakini sağ qayıda bilmişdir. Beləliklə, belə gözəl bir bahar günündə tarixi qələbənin 67 illiyi yüksək əhval-ruhiyyə ilə, əsil bayram təntənəsi və gələcəkdə, Qarabağ müharibəsində qələbə ümidi ilə sona çatdı.
Bayramınız mübarək, əziz veteranlar!

Keçidlər