Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun-Milli Qurtuluş Günüdür !

13 iyun 2014 | 15:00

Iyunun 13-də  rayon icra hakimiyyətinin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ulu Öndərin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra şəhərin günü-gündən abadlaşan Rafiq Səmədov küçəsində yeni bir istirahət guşəsinin-“Veteranlar bağı”nın açılışı oldu. Açılışda rayon rəhbəri cənab İslam Rzayev çıxış edərək, qeyd etdi ki, 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində veteranlarımız üçün gözəl bir istirahət parkı yaradılmışdır. Bu, onlara ən böyük bayram hədiyyəsidir. Burada onlar öz nəvələri, yoldaşları ilə gözəl istirahət edəcəklər. Onların hamısına cansağlığı, bu gözəl parkda mənalı istirahət arzulayıram. Balakəndə bu abadlıq, tikinti-quruculuq işləri bundan sonra da davam etdiriləcəkdir. Rayonumuzun gələcək sosial-iqtisadi inkişafı ölkə prezidentinin diqqət mərkəzindədir. Bunu, onun rayonumuza dörd dəfə səfər etməsi də sübut edir. Şübhə yoxdur ki, Balakənlilər onun etimadını doğruldacaqlar.
Tədbirdə əmək veteranı İsa Tanrıverdiyev və rayonun Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev çıxış edərək bu parkın salınmasına, onlar üçün yaradılan bu sitirahət guşəsinə görə ölkə prezidenti cənab İlham Əliyev və rayon rəhbəri İslam Rzayevə minnətdarlıq bildirdilər.
“Veteranlar bağı”nın açılışından sonra bayram tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Təntənəli yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayev açaraq “Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır” mövzusundə məruzə etdi.
Rayon rəhbəri qeyd etdi ki, Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı.
Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu Öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu tarix olmasaydı, bəlkə bugünki Azərbaycan da olmzadı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin  qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla etibarlı şəkildə alınmışdır. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq hər bir cəmiyyət üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yaratdı.
Ulu Öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, Prezident İlham Əliyevin sayəsində ölkəmiz dünyaya bir Günəş kimi parladı. Bundan başqa, 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı “İnanıram ki, mənin axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”   müdrik kəlamı reallıqda tam təsdiqini tapdı.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kinofilm nümayiş etdirildi.

Keçidlər