Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Gününə həsr olunmuş futbol yarışlarına yekun vurulmuşdur

14 iyun 2014 | 15:00

Balakən Olimpiya İdman Kompleksində bələdiyyə komandaları arasında Milli Qurtuluş Gününə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatmışdır.
Rayon gənclər və idman idarəsi və polis şöbəsinin birgə təşkilatçılığı ilə mayın 15-də startı verilən birincilikdə 8 komanda dairəvi sistem üzrə yarışmışdır.
Yekun nəticələrə görə, 7 oyundan 19 xal toplayan Tülü kənd bələdiyyəsinin komandası birinciliyin qalibi adını qazanmışdır. Qullar kənd bələdiyyəsinin komandası yarışları 16 xalla ikinci, Katex kənd bələdiyyəsinin komandası isə 14 xalla üçüncü pillədə başa vurmuşlar.
Birinciliyin qalibləri kubok, diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər