26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Müasir cəmiyyətin qarşılaşdığı əsas problemlərdən biri narkomaniyanın yayılması problemidir. Bu problemin qarşısının alınması və profilaktikası istiqamətində Balakən rayon Icra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya tərəfindən müntəzəm seminarlar, görüşlər,maarifləndirici tədbirlər həyata keçirilmişdir.
26 iyun - BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Narkotiklərə yox deyək” mözusunda Balakən rayon Gənclər və İdman İdarəsində və Təhsil şöbəsində maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirdə maarifləndirmə yolu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, antinarkotik təbliğat məsələləri ön plana çəkilmiş, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı ictimaiyyətə məlumatlar verilmişdir.
Balakən rayon Icra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya bu istiqamətdə əməli və praktiki tədbirləri davam etdirməkdədir.