Şriftin ölçüsü :

Saytın rəngi :

İntellektual çoxnönvçülük üzrə “Gənclərin Yay Tətili Kuboku” keçirilmişdir

14 iyul 2014 | 15:00

12 iyul 2014-cü il tarixdə Balakən rayon Gənclər və İdman İdarəsinin dəstəyi  ilə Heydər Əliyev Mərkəzində intelllektual çoxnövçülük üzrə “Gənclərin Yay Tətili Kuboku” keçirilmişdir. Tədbirdə Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev, RİH başçısının müavini Nəzakət Rüstəmova iştirak və çıxış etmişlər.  İlk olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. Həmin oyunda ilk 8 yeri tutan komandalarla “Breyn-rinq” oyunu üzrə turnir keçirilmişdir. Ümumilikdə 15 komandanın iştirak etdiyi yarışda yekun nəticələrə görə I yeri “Ali və Nino” komandası, II yeri “Aniasion” komandası və III yeri isə “NASA” komandası tutmuşdur. Qalib gələn komandaların oyunçuları diplom və medallarla təltif olunmuşlar. Yarışda 100 nəfər iştirak etmişdir.

Keçidlər