Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişinin 45 illiyi qeyd olundu

15 iyul 2014 | 15:00

 

1969-cı il 14 iyulda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk, eyni zamanda iqtisadi dirçəliş dövrü başlandı. Həmin dövrdə Azərbaycan ittifaq miqyasında  həm iqtisadi cəhətdən - istər kənd təsərrüfatı, istər sənaye məhsulu istehsalı baxımından, həm də sosial, mədəni və ictimai həyatda digər respublikalardan geri qalırdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə yaradılmış həmin iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. O cümlədən, həmin illərdə milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından, elmimizin inkişafı, milli tarixin öyrənilməsi, milli kadrların yetişdirilməsi baxımından bir çox taleyüklü addımlar atıldı. Əlbəttə ki, məhz Ulu öndərin uzaqgörən siyasəti sayəsində həyata keçirilən bu tədbirlər sonrakı dövrdə, bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı, gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı.
  Balakən rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatı və digər idarə müəssisələr bu tarixi bayram təntənəsi ilə qeyd etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə  Ümummilli Lider Heydər Əliyevin  fəaliyyətindən və misilsiz xidmətlərindən danışdılar.
  Sonda bir qrup gəncə YAP-nın üzvülük vəsiqələri verildi.

Keçidlər