“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”üzrə Balakən rayon Komissiyasının iclası olmuşdur.
İyulun 15-də rayon İcra Hakimiyyətində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”üzrə Balakən rayon Komissiyasının iclası olmuşdur.
İclası Komissiyanın sədri,RİH başçısının birinci müavini Azad Balayev açmış,məruzə üçün sözü RİH-in hüquq şöbəsinin məsləhətçisi Elçin Musayevə vermişdir. Məruzə ətrafında rayon Mədəniyət və turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Sərxan Hacıyev, həkim –narkoloq Şirin Abbasov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev çıxış etmişlər.
Məruzə və çıxışlarda “Ağ ölüm”ün qara fəsadları barədə ətraflı məlumat verilmiş və narkomaniyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr qeyd edilmişdir.