Rayonumuzda yeni firma mağazası istifadəyə verildi.
İyulun 5-də Balakən şəhərinin avtovağzal ərazisində kənd təsərrüfatı məhsullarının satışı məqsədi ilə yeni, gigiyenik tələblərə tam cavab verən «Katex» firma mağazası istifadəyə verildi.
Rəmzi qırmızı lenti kəsən rayon rəhbəri cənab İslam Rzayev qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində süni qiymət artımının qarşısını almaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu gün istifadəyə verilən bu yeni firma mağazasında ət, süd və digər kənd təsərrüfatı məhsullarının qiyməti bazar qiymətlərindən aşağıdır.
Firma mağazasını gündəlik satış məhsulları ilə təmin edəcək «AzərYemSənaye» MMC-nin Balakəndə-Katex kəndində 200 başlıq südçülük, 400 başlıq Qəbələ rayonunda 200 başlıq kökəltmə, Şəki rayonunda qoyunçuluq və arıçılıq, Yevlax rayonunda bostançılıq, eləcə də Balakəndə balıqçılıq təsərrüfatları vardır.
Süni qiymət artımının qarşısını almaq məqsədi ilə gələcəkdə də belə firma mağazalarının tikilməsi nəzərdə tutulmuşdur.