"12 avqust Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu" üzrə açıq turnir keçirilmişdir.
12 avqust 2014 | 15:00
11.08.2014-cü il tarixdə Balakən rayon Gənclər evində Gənclər və İdman İdarəsi tərəfindən "12 avqust Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu" üzrə açıq turnir keçirilmişdir. Turnirdə Qax rayonundan "Patriot" komandası da iştirak edirdi. Ümumilikdə 6 komandanın iştirak etdiyi yarışda I yeri "Zaman" komandası, II yeri "Good and Evil" komandası, III yeri isə "Patriot" komandası tutmuşdur. Qaliblər mükafatlandırılmışdır.