Sərhəd Qoşunlarının yaranmasının 95 illiyi qeyd edildi
18 avqust Sərhəd Qoşunlarının yaranmasının 95 illiyi Balakən rayonunda qeyd edildi.
17 avqust 2014-cü il tarixdə rayonun ucqar yaşayış məntəqələrindən olan Mazımçayda yerləşən sərhəd zastavasında sərhədçilərlə görüş keçirilmişdir. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev sərhədçiləri təbrik etmiş, vətənimizin sərhədlərinin qorunmasında ayıq sayıq dayanmalarını tövsiyyə etmişdir. Eyni zamanda qeyd etmişdir ki, rayonumuz sərhəd rayon olduğu üçün digər məmurlarla bərabər sərhədçilərində üzərinə böyük məsuliyyət düşür.
Sonda “Gənclik” ansamblı vətənpərvərlik ruhunda səslənən mahnılarla geniş konsert proqramı ilə əsgər və zabitlər qarşısında çıxış etmişdir.
Kənd mədəniyyət evləri və klubları öz ərazilərində olan sərhəd zastavalarında, 1 və 2 saylı şəhər klubları isə Dəmir yol vağzalı yanında yerləşən zastavada geniş konsert proqramları ilə çıxış edərək vətənimizin keşiyində duran əsgərlərimizə mənəvi dayaq olmuşlar.