Balakən məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə ekskursiyaya yola salındı
Avqustun 22-də rayonun məktəblilərindən ibarət qrupun “Ölkəmizi tanıyaq” maarifləndirici tur – aksiyasında iştirak etmək üçün Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola salınması mərasimi keçirilmişdir. Balakən rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər iştirak etmişdir.
Yolasalma mərasimini RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıgına əsasən ölkəmizdə ilk dəfə keçirilən maarifləndirici tur-aksiya haqqında məlumat vermiş, şagırdlərin dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlarını bildirmişdir.
Sonra qrupun rəhbəri, RTŞ-in məsləhətçisi Cavanşir Alqayev, şaqirdlərdən Tanrıqulu Vəliyev, Rəvan Əliyev, Murad Omarov və başqaları çıxış edərək layihəyə görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün bildiririk ki, şagirdlərimiz “Ölkəmizi tanıyaq” maarifləndirici tur – aksiyası zamanı Qusar, Quba və Xaçmaz rayonlarında “Şahdağ” qış- yay turizm kompleksi, Heydər Əliyev Mərkəzi, Rəsm qalereyası və Tarix-Diyarşünaslıq müzeyi, “Şeyx Cuneyd” turbəsi, Quba Cümə məscidi, Xalça sexi, Quba Soyqırım Memorial Kompleksi, Qırmızı qəsəbə və digər görməli və tarixi yerlərlə daha yaxından tanış olacaqlar.