Ali məktəblərə qəbul olmuş abituriyentlərlə görüş keçirilmişdir.
22 avqust 2014-cu il tarixdə YAP Balakən rayon təşkilatının Gənclər Birliyinin tədbirlər planına uyğun olaraq ali məktəblərə qəbul zamanı 500 baldan çox toplamış 31 abituriyentlə görüş keçirilmişdir. “Tələbə adınız mübarək” adlı tədbirdə YAP Balakən rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və “Balakən” qəzetinin məsul işçiləri, valideyinlər iştirak edirdi. Görüş YAP Balakən rayon təşkilatının Gənclər Birliyinin sədri Səbuhi Alqayevin çıxışı və abituriyentləri təbriki ilə başladı. Tədbirdə digər iştirakçılar da abituriyentlərə xoş sözlərini bildirdilər müstəqil respublikamızın qüdrətlənməsi yolunda potensial enerjilərini səfərbər etmələri tövsiyyə olundu.
Görüşün sonunda məzunlara Gənclər Birliyi adından hədiyyələr təqdim edildi və YAP Balakən rayon təşkilatının inzibati binasının önündə xatirə şəkli çəkildi.