Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə əmək yarmarkasında 81 nəfər işə göndəriş əldə edib

12 sentyabr 2014 | 15:00

Qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarında iştirakını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın ayrı-ayrı şəhər və rayonlarında əmək yarmarkaları davam etdirilir.
Növbəti əmək yarmarkası sentyabrın 11-də Balakən şəhərində keçirilib. Uşaq yaradıcılıq mərkəzində təşkil olunan yarmarkaya rayonda fəaliyyət göstərən 13 müəssisə və təşkilatdan 160 boş iş yeri çıxarılıb. İş yerləri üçün təklif olunan əməkhaqqı 125 manatdan 250 manatadək təşkil edib.
Ümumilikdə 350 nəfərə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 81 nəfərə işə göndəriş verilib. Bundan əlavə, 24 nəfər peşə hazırlığı kursuna, 8 nəfər isə ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.

Keçidlər